Beretbinə kəndində səyyar qəbul keçirilib
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev martın 16-da Katex kəndinin Beretbinə yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan, ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan bəhs edib. Prezident cənab İlham Əliyevin 9 mart tarixində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışından bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb. Balakən rayonunda görülmüş işlərdən söz açıb, qarşıda duran vəzifələr barədə məlumat verib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Hacıyev Saadu yaşayış mətəqəsində 6.5 km uzunluğunda yolun asfaltlaşdırılmasına, Zumrat Musayev elektrik xətlərinin dəyişdirilməsinə, yaşadığı evinin yaxınlığında olan qovaq ağacının təhlükəli vəziyətdə olduğu üçün budanmasına, Leyla Ömərova Beretbinə ümumi orta məktəbində yeni tədris sinifinin açılmasına, Xanzadə Musayeva isə internet xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.