Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının peşə bayramı qeyd olunub

22 iyun 2024 | 15:07

   İyunun 22-də dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Balakəndə tədbir keçirilib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, YAP rayon təşkilatının sədri Azad Balayev və rayonda fəaliyyət göstərən dövlət qulluqçuları iştirak ediblər.

   Balakən rayonunda çalışan dövlət qulluqçuları əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini yad ediblər.

   Tədbirdə çıxış edən  icra başçısı İslam Rzayev dövlət qulluqçularını peşə bayramı günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıb və fəaliyyətlərində uğurlar diləyib. Rayon rəhbəri ölkəmizdə dövlət qulluğu sisteminin formalaşmasında və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb, hazırda respublikamızda dövlət idarəçiliyi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edib. Bildirilib ki,  bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.

   Sonda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Keçidlər