”Dövlət qulluqçusunun istifadəsində olan əmlakdan və sərəncamında olan məlumatlardan istifadə etməsi” mövzusunda təlim olub
14 dekabr 2023 | 10:02
Dekabrın 13-də Balakən Rayon İcra Hakimiyyəti başçısı aparatının etik müvəkkilinin 2023-cü il üçün iş planına əsasən RİH əməkdaşları və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri üçün ”Dövlət qulluqçusunun istifadəsində olan əmlakdan və sərəncamında olan məlumatlardan istifadə etməsi” mövzusunda təlim olub.
Təlimdə Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov, RİH başçısının müavini Mehparə Əliyeva, etik müvəkkil Pirdas Qardaşova, şöbə müdirləri və əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçuları iştirak edib.
RİH-in Hüquq şöbəsinin müdiri, etik müvəkkil Pirdas Qardaşova “Etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 16 və 17-ci maddələrini ətraflı izah etməklə bu maddələrin tələblərinə riayət edilməsinin vacibliyini bildirib. P.Qardaşova məsələ ilə əlaqədar dövlət qulluqçularına “İnformasiya əldə etmək haqqında”, “Fərdi məlumatlar haqqında”, “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının qanunları, 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Satınalmalar haqqında” Azərbaycan Respublikası Qanunu barədə məlumat verib, müvafiq qanunvericiliyə diqqət yetirməyi tövsiyə edib.
Tədbirin sonunda sual-cavab xarakterli müzakirələr aparılıb.