Əkin sahələrinin və bağların zərərvericilərə qarşı dərmanlanması prosesinin təkmilləşdirilməsi mövzusunda təlim keçirilib.
09 sentyabr 2026 | 12:00
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, “Bimextech” MMC-nin, Balakən Rayon İcra Hakimiyyətinin və Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə aqrar sahədə fəaliyyət göstərən fermerlərə müasir avadanlıqlardan istifadə etməklə əkin sahələrində herbisid və gübrə tətbiqinin optimallaşdırılması mövzusunda təlim keçirilib. Təlimdə dron texnologiyalarının kənd təsərrüfatında tətbiqi imkanları nümayiş etdirilib və praktiki məlumatlar təqdim olunub.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev dron texnologiyalarından istifadə etməklə, müasir avadanlıqları təsərrüfatlara cəlb etməklə bitkiçilik sahəsinin inkişafının əhəmiyyətindən danışmışdır.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda zərərvericlərlə mübarizənin xüsusi əhəmiyyətinin olduğunu təsərrüfat rəhbərlərinin diqqətinə çatdırmışdır. Bu kimi təlimlərin daha da genişləndirilməsini aidiyyəti şəxslərə tapşırmışdır.
Daha sonra Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev qarğıdalı biçini prosesi ilə tanış olub.