“ Ekoloji maarifləndirmə: Bərk məişət tullantılarının idarə olunması” mövzusunda dəyirmi masa keçirilmişdir
20 iyul 2023- cü il tarixdə Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası istiqamətində “Ekoloji maarifləndirmə: Bərk məişət tullantılarının idarə olunması” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, Gigiyena və Epidemiologiya Mərkəzinin, Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin və digər aidiyyəti qurumların nümayəndələri həmçinin, rayon ictimaiyyəti iştirak etmişdir. Tədbirdə çıxış edən iştirakçılar bu sahədə dövlət orqanlarının, ictimai təşkilatların və vətəndaşların üzərinə düşən vəzifələri qeyd etmiş, ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığının qorunmasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi və yenidən qurulmasının rolunu vurğulamışlar. Regionlarda bərk məişət tullantılarının mərkəzləşdirilmiş idarə olunması sisteminin yaradılması və bu sahədə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində ölkəmizdə və rayonda həyata keçirilən tədbirlər barədə geniş məlumat verilmişdir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.