Şriftin ölçüsü :

Saytın rəngi :

Əl işləri hazırlayan və kiçik ailə biznesi ilə məşğul olan şəxslərlə görüş keçirilib

30 iyul 2026 | 15:00

İyulun 30-da Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində sənətkarlar və kiçik ailə biznesi ilə məşğul olan təsərrüfatçılarla görüş keçirilib. Tədbirdə yerli sənətkarların əl işlərindən ibarət məhsullar nümayiş olunub. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə, eləcə də Balakən rayonunda sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli mühitdən bəhs edib. Kiçik sahibkarlığın inkişafına təkan verən ABAD layihəsinin fəaliyyətinin dəstəklənməsi və ailələrin məşğulluğunun təmini üçün mövcud ABADçıların fəaliyyətlərinin təhlil olunduğu bildirib. Eyni zamanda 1 ədəd süd məhsulları istehsalı və 3 ədəd cem-mürəbbə istehsalı konteynerinin passiv olduğu üçün yeni təsərrüfatçılara təklif edilməsi üçün tövsiyələrini verdi. Həmçinin sənətkarların bir yerə toplanması, onların məşğulluğunun təmin olunması üçün əlverişli turizm potensiallı park ərazisində bina təklif olundu. ABAD Mərkəzinin Layihələrin İnkişafı Departamentinin müdir müavini Ləman Şirinova yaradılmış şəraitə görə rayon rəhbərinə təşəkkürünü bildirdi. Bu sahəyə Balakən rayonunda daha çox diqqətin ayrılacağını qeyd etdi. Sonda hər bir müraciətçi ilə fərdi görüş keçirilərək onların gələcək fəaliyyəti müzakirə olundu. Həmçinin tədbirdə Şəki keramika mərkəzinin direktor müavini Rüfət Əliyev də keramika sahəsinin tətbiqi üçün Balakən rayonunun sənətkarları ilə əməkdaşlığa hazır olduqlarını bildirdi.

Keçidlər