Etik davranış qaydaları ilə bağlı növbəti təlim keçirilib
Balakən Rayon İcra Hakimiyyəti başçısı aparatının etik müvəkkilinin 2023-cü il üçün iş planına əsasən, rayon icra hakimiyyəti başçısı aparatının və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri üçün ”Rayon icra hakimiyyəti başçısı aparatının və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, bu məqsədlə “Etik davranış qaydaları” haqında AR Qanununun müvafiq maddələrinin (Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, Korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, Maraqlar toqquşmasının qarşısının alınması) izah olunması” mövzusunda növbəti təlim keçirilib.
Təlimdə Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov, RİH başçısının müavini Nəzakət Rüstəmova, etik müvəkkil Pirdas Qardaşova, şöbə müdirləri və əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçuları iştirak edib.
RİH-in Hüquq şöbəsinin müdiri, etik müvəkkil Pirdas Qardaşova Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” barədə ətraflı məlumat verdi . Daha sonra o, antikorrupsiya davranış modelini, onun formalaşdırılmasının məqsədlərini tədbir iştirakçılarının diqqətinə çatdıraraq “Etik davranış qaydaları” haqında AR Qanununun müvafiq maddələrini izah etdi. Tədbirin sonunda bu sahədə yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının üzərinə düşən vəzifələr və onların məsuliyyəti barədə sual-cavab xarakterli müzakirələr aparılıb.