Fevralın 18-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı Kortala kəndində sakinlərlə görüşüb
Fevralın 18-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Kortala kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasət haqqında məlumat verib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Əli Xırxırov Beçaqar yaşayış məntəqəsidəki kanalın təmizlənməsinə, Səiddin Qurbanov qəzalı elektrik xətlərinin yenisi ilə əvəzlənməsinə, Beynullah Eminov Katex çayının kənd ərazisindən keçən hissəsinin torpaq sahələrini yumasının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinə, Hüseyn Kosayev isə kəndin “Xurçu oba” adlanan ərazisindəki kanalın təmizlənməsinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.