Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 20-də Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.

21 fevral 2025 | 18:03

 Fevralın 20-də Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.
 Balakən RİH-nin başçısı İslam Rzayevin sədrliyi ilə keçirilən iclasda Şura üzvləri, aidiyyəti üzrə məsul şəxslər, bələdiyyə sədrləri və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
 Rayon rəhbəri Prezident İlham Əliyevin respublikamızın tərəqqisi və xalqımızın əminəmanlığı naminə yürütdüyü uğurlu daxili və xarici siyasətdən, ölkəmizin hərbi qüdrətindən, ictimai-siyasi sabitliyindən, dinamik sosial-iqtisadi inkişafından söz açıb. Azərbaycanın Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu inkişaf yolu ilə növbəti zəfərlərə doğru inamla addımladığını bildirib. İcra başçısı 2025-ci ildə qarşıda duran vəzifələrdən danışıb, iclasın gündəliyində duran məsələləri diqqətə çatdırıb.
 RİHB-nin birinci müavini Turan Dibirov rayon ərazisində qanunsuz tikinti işlərinin aparılmasına qarşı mübarizə üzrə komissiyanın gördüyü işlər və qarşıda duran vəzifələr barədə, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Aynurə Ələkbərova şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə ev təsərrüfatlarının uçotu işlərinin təşkili haqqında, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nərgiz Hacıxanova Balakən RİHB aparatında vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkili sahəsində 2024-cü ildə görülən işlərə dair geniş məruzə ilə çıxış ediblər.
 Məsələlərə dair ətraflı müzakirələr aparılaraq Şuranın müvafiq qərarları qəbul olunub, aidiyyəti üzrə məsul şəxslərə tövsiyə və tapşırıqlar verilib.
 Həmçinin iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 24 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Balakən Rayon İcra   Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mamedov Abid Şaban oğluna medalı təqdim edilib.

Keçidlər