"Fövqəladə hallar zamanı təhlükəsizlik və davranış qaydaları"adlı tədbir keçirilib.
09 fevral 2023 | 10:00
Fevralın 9-da Balakən Gənclər Evində "Fövqəladə hallar zamanı təhlükəsizlik və davranış qaydaları"adlı tədbir keçirilib. Əvvəlcə qardaş Türkiyədə baş verən zəlzələ zamanı həlak olan vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Nurlan Şahmarov və Kənan Eldarov, Balakən Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Tahir Rəcəbov, Balakən Rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı Əsgər Axundov görüş iştirakçıları ilə maarifləndirici-profilaktik söhbətlər aparmış, onları maraqlandıran suallar cavablandırılıb. Sonda "Təbii fəlakətlər zamanı nə etməli?" adlı videoçarx nümayiş olunub.