Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər üçün təlim keçirilib

19 aprel 2023 | 18:03

  Aprelin 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşlarının iştirakı ilə gənclərə sahibkarlık təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin öyrədilməsi məqsədiylə təlim keçirilib. Təlimdə gənclərə sahibkarlığa, startaplara və ailə biznesinə dəstək, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın təşviqi ilə bağlı məlumatlar verilib. Eyni zamanda yerli biznes mühitində fəaliyyət göstərən, habelə göstərmək istəyən kiçik və orta sahibkarlıq subyektləri ilə biznes layihələrin hazırlanması, maliyyə resurslarına çıxış imkanları və maliyyənin idarə olunması ilə bağlı fikir mübadiləsi aparılıb. 

Keçidlər