Şriftin ölçüsü :

Saytın rəngi :

Güləş üzrə Avropa çempionu Murad Əhmədiyev Balakəndə böyük coşqu ilə qarşılanıb

28 mart 2023 | 15:37

Rumıniyanın Buxarest şəhərində  keçirilən güləş üzrə U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə Avropa çempionu adını qazanan Murad Əhmədiyev doğulub boya-başa çatdığı Balakəndə böyük coşqu ilə qarşılanıb.

Rayon icra hakimiyyətində keçirilən görüşdə icra başçısı İslam Rzayev Avropa çempionatında uğurlu çıxışı ilə xalqımıza sevinc bəxş edən Murad Əhmədiyevi təbrik edib, ona gələcək yarışlarda uğurlar arzulayıb.

Avropa çempionu Azərbaycan bayrağını yüksəklərə ucaltmaq üçün hər bir yarışda var qüvvəsi ilə mübarizə apardığını, bu yarışlarda xalqımızın dəstəyini daim hiss etdiyini bildirib, belə görüşlərin onu növbəti qələbələrə ruhlandırdığını vurğulayıb.

Keçidlər