Hənifə kəndində növbəti səyyar qəbul keçirilib
26 oktyabr 2023 | 10:49
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev oktyabrın 26-da Hənifə kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Şakir Miskinov Balakən çayın kəndin ərazisindən keçən sağ və sol hissəsinə düşən pay torpaqlarının sel sularından mühafizəsi üçün bəndin tikilməsinə, Abdurahman Həsənov elektrik dayaqlarının dəyişdirilməsi və elektrik veriliş xətlərinin yenilənməsinə, Alı Namazov isə Hənifə kəndinin Gülüzanbinə yaşayış məntəqəsində içməli su probleminin həll olunmasına köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.