İcbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbiri keçirilib
06 mart 2024 | 18:11
Martın 6-da Balakən Rayon İcra Hakimiyyətinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə icbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbiri keçirilib. Rayon ictimayyətinin nümayəndələrinin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd əhalinin icbari tibbi sığortadan istifadə qaydaları üzrə maarifləndirilməsi olub.
Tədbiri giriş sözü ilə Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov açaraq tibb sahəsində dövlət başçısının rəhbərliyi altında uğurlu islahatların aparıldığını, icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı mühüm addımlar atıldığını bildirib. Rayon xəstəxanasının müasir texnoloji nailiyyətlərə əsaslanan tibbi avadanlıqlarla təchiz olunduğunu, icbari tibbi sığortanın əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə tətbiq olunduğunu diqqətə çatdırıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şəki Regional Filialının rəhbəri Laçın İbrahimxəlilov icbari tibbi sığorta haqqında, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, icbari tibbi sığorta haqları, icbari tibbi sığortanın xidmətlər zərfində təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri, özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası haqqında ətraflı məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.