Şriftin ölçüsü :

Saytın rəngi :

İcbari tibbi sığorta sahəsində məlumatlılığı artırmaq məqsədilə təlim keçirilib

03 fevral 2023 | 18:08

Fevralın 3-də  Balakən rayon Heydər Əliyev Mərkəzində dövlət və qeyri-dövlət sektorunda çalışan  əməkdaşlar üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şəki filialının rəhbəri Laçın İbrahimxəlilov tərəfindən təlim keçirilib. Təlimin məqsədi icbari tibbi sığorta sahəsində məlumatlılığı artırmaqdan ibarət olub.

Təlimdə öncə icbari tibbi sığorta haqqında ümumi məlumat verilib. Sonra icbari tibbi sığorta haqları, xidmət zərfində yer alan tibbi xidmətlər, özəl tibb müəssisələrində sığorta çərçivəsində tibbi xidmətdən istifadə qaydaları və icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilmə qaydası izah edilib.

Təlim sonunda iştirakçılarının mövzu üzrə sualları ekspert tərəfindən cavablandırılıb.

Keçidlər