Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçıcı Arılıqbinə məbədində olub

05 noyabr 2026 | 12:00
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Qafqaz Albaniyası dövrünə aid tarixi Arılıqbinə memarlıq abidəsini ziyarət edib. Ziyarət zamanı abidənin tarixi əhəmiyyəti, turizm potensialı, iqtisadi imkanları və Balakənin inkişafına verə biləcəyi töhfələr ətraflı müzakirə olunub. Rayon rəhbəri ərazidə görülə biləcək işlər, tarixi-mədəni irsin qorunması və gələcək turizm layihələrinin həyata keçirilməsi ilə bağlı tövsiyələrini verib.
Qeyd edək ki, Balakəndən Gürcüstana gedən magistral yolun sağ tərəfində, rayon mərkəzindən təxminən 5 kilometr qərbdə, dağın ətəyində və son dərəcə ecazkar təbiət qoynunda yerləşən Arılıqbinə məbədi Qafqaz Albaniyası dövrünün nadir abidələrindəndir. Tarixçilərin qənaətinə görə, kompleksin əsası V-IX əsrlərdə qoyulmuş, IX-XI əsrlərdə isə onun ön hissəsində zəng qülləsi inşa edilib.
Məbədin yerləşdiyi ərazi turizm baxımından xüsusi üstünlüklərə malikdir. Ətrafdakı yaşayış məntəqələri, meyvə bağları, yaşıl meşələr, saf və sərin hava burada eyni zamanda eko-turizm və aqro-turizmin inkişafı üçün geniş imkanlar yaradır. Beləliklə, nisbətən kiçik bir məkanda tarix, mədəniyyət, təbiət və kənd həyatı birləşərək turistlərə unudulmaz təəssüratlar bəxş edə bilər.
Keçidlər