Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı “Balmeyvə” bağçılıq təsərrüfatı ilə tanış olub

29 sentyabr 2026 | 14:00
Sentyabrın 28-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev “Balmeyvə” bağçılıq təsərrüfatı ilə tanış olub, görülmüş işlərlə maraqlanıb. Rayon rəhbərinə təsərrüfat barədə məlumat verilib. Bildirilib ki, meyvəçilik üzrə ixtisaslaşmış “Balmeyvə”də hazırda çoxşaxəli işlər aparılmaqdadır. Müəssisədə müxtəlif alma sortları ilə yanaşı balıqçılıq və akvakultura məhsullarının istehsalı ilə bağlı müvafiq tədbirlər görülür. Həmçinin təsərrüfatda meyvələrin xüsusi şəraitdə saxlanılması üçün tutumu 1300 ton olan soyuducu anbar mövcuddur. Ağaclara aqrotexniki, aqrokimyəvi xidmətlər göstərilir və suvarılmasında müasir “damcı” suvarma sistemindən istifadə edilir.
Eyni zamanda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində 3 ədəd, ayrı-ayrılıqda 200 kvadratmetr sahəsi olan müasir tipli istixanaların tikintisinə başlanılıb. Artıq bir ədəd istixananın quraşdırılması yekunlaşıb.
Müəssisədə ekoturizmin inkişaf etdirilməsi üçün uyğun şərait və gələcəkdə bu potensialı reallaşdırmaq üçün geniş imkanlar mövcuddur. Bu istiqamətdə mühüm addımların atılması nəzərdə tutulmuşdur.
Keçidlər