Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı sahibkarlarla görüşüb

05 dekabr 2025 | 17:59

  Balakən Rayon İcra Hakimiyyətinin başçısı cənab Natiq Ağayev rayonda fəaliyyət göstərən sahibkarlar və fermerlərlə görüşüb.

  Görüşdə çıxış edən icra başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı üçün həyata keçirilən layihələrdən danışıb, sahibkarların fəaliyyətinə daim diqqət və qayğı göstərilməsinin vacibliyini vurğulayıb. Balakən rayonunda həyata keçiriləcək işlərdən bəhs edib.

  Açıq söhbət şəraitində keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

  Görüşdə çıxış edən sahibkarlar fəaliyyət dairələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışıb, bu istiqamətdə öz təkliflərini irəli sürüb, onlara göstərilən dövlət qayğısından razı olduqlarını bildirərək ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

  İcra başçısı cənab Natiq Ağayev sahibkarlara bu görüşdə fəal iştirak edərək səmərəli təkliflər verdiklərinə görə minnətdarlığını bildirib, Balakən rayonunun iqtisadi inkişafında onlara uğurlar arzulayıb. Burada qaldırılan hər bir təklifin ətraflı araşdırılacağını sahibkarların diqqətinə çatdırıb.

Keçidlər