İctimai Şuranın növbəti iclası keçirilib
Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. Şuranın sədri, rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev iclasda görülmüş işlər və həyata keçirilmiş tədbirlər haqqında məlumat verib.
Öz işini “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında quran İctimai Şura ilə rayon icra hakimiyyəti arasında əlaqələrin daha da möhkəmləndiyi, vətəndaşların qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün zəruri iş aparıldığı diqqətə çatdırılıb. Şura üzvləri vaxtaşırı kəndlərdə olur, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçirirlər. Bu zaman aşkar edilən və qaldırılan problemlər rayon icra hakimiyyətinə çatdırılır və müvafiq strukturları ilə birgə araşdırılır.
İclasda çıxış edən Şura üzvləri şuranın fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürüblər. Daha sonra qarşıda duran məsələlərlə bağlı şura üzvləri ilə ətraflı fikir mübadiləsi aparılıb.