İctimai Şuraya növbəti seçki keçirilib
05 iyul 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası(YAP) rayon təşkilatının inzibati binasında Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya növbəti seçki keçirilib.
Seçkidə namizəd kimi qeydə alınmış 12 nəfərin təmsil olunduğu Qeyri-Hökumət Təşkilatlarının və İctimai Birliklərin nümayəndələri iştirak ediblər.
Seçki yekunlaşdıqdan sonra Komissiya tərəfindən səsvermənin ümumi nəticələri açıqlanıb və seçki Protokolu tərtib olunub.
Seçkinin yekunlarına əsasən, seçkidə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış aşağıda adları qeyd edilən 7 nəfər İctimai Şuranın tərkibini formalaşdırıb:
1.Fəridə Balayeva- Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri
2.Xəlifə Mirəliyev- Rayon Ağsaqqallar şurasının sədri
3.Aydın Abdullayev- Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi rayon şöbəsinin sədri
- Sarvan Şibliyev- Qarabağ əlillərinə qayğı ictimai birliyinin rayon filialının sədri
5.Nəsibə Hudulova- Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin sədri
- Ramazan Molulov- Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon Komitəsinin sədri
7.Fuad Mikayılov- Rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı
Seçki komissiyası tərəfindən seçkilərin nəticələrinə dair protokol tərtib olunduğu gündən 20 (iyirmi) gün müddətində ilk iclasını keçirməklə ictimai şura fəaliyyətə başlayır.