Şriftin ölçüsü :

Saytın rəngi :

İntellektual yarış keçirilib

29 iyul 2022 | 11:25

29 iyul 2022-ci il tarixdə Balakən Rayon İcra Hakimiyyəti və Balakən Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"na uyğun olaraq uşaqların asudə vaxtının səmərəli təşkili, uşaq istirahət yerlərinin, idman və mədəniyyət ocaqlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə intellektual yarışlı əyləncəli bədii proqram keçirilib. Proqram çərçivəsində "Vətən Müharibəsi", "Balakən şəhidləri", "Şuşa ili", "Azərbaycan kinosu və musiqiləri" mövzuları ətrafında suallar səsləndirilib. Rayon İcra Hakimiyyəti, Rayon Mədəniyyət Mərkəzi, Rayon Təhsil şöbəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşlarından və qazilərdən ibarət münsiflər heyəti tərəfindən 4 komanda arasından qalib komanda müəyyən edilərək onlara hədiyyələr təqdim edilib.

Keçidlər