Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat nazirinin birinci müavini Balakəndə sahibkarlarla görüşüb

10 iyul 2026 | 16:00
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Balakən şəhərində sahibkarlar, iş adamları ilə geniş tərkibdə görüş keçirib. Görüşdə nazirliyin əməkdaşının slayd təqdimatında sahibkarlar üçün yaradılan yeni imkanlar, layihələr, güzəştlər barədə geniş məlumat verilib. Mövzu ətrafında geniş diskussiya keçirilərək sahibkarların təklifləri dinlənilib. Eyni zamanda sahibkarları maraqlandıran suallara iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və görüşə on-layn qoşulan nazirliyin aidiyyəti şöbələrinin rəhbərləri tərəfindən cavablandırılıb.
Görüşdə iştirak edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevə tədbirin təşkilinə görə təşəkkür edib.
Keçidlər