Şriftin ölçüsü :

Saytın rəngi :

İtitala kəndində növbəti səyyar görüş keçirilib

11 noyabr 2022 | 10:48

   Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev noyabrın 11-də  İtitala kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və şəhər sakinləri iştirak ediblər.

   Kənd sakinlərini salamlayan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbədən bəhs edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə ölkədə aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən sosialyönümlü islahatlar, rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

  Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Ramazan Balayev kəndinin 250 nəfər sakinin yaşadığı “Şoran oba” adlanan hissəsində elektrik enerjisi verilişi xətlərinin yenilənməsinə, Tamilə Mustafayeva Katex çayının kəndin ərazisindən keçən hissəsində 1800 m uzunluğunda bəndin təmir olunmasına,  Rahilə Ramazanova isə internetin sürətinin artırılmasına köməklik göstərilməsini xahiş ediblər.

   Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.

Keçidlər