Şriftin ölçüsü :

Saytın rəngi :

İtitala kəndində növbəti səyyar qəbul keçirilib

12 may 2023 | 11:16

  Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev mayın 11-də İtitala kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıb, “Heydər Əliyev İli” çərçivəsində ötən müddət ərzində Balakən rayonunda keçirilən tədbirlər haqqında məlumat verib. Ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlərdən, son dövrlər ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən  bəhs edib.

  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb.

  Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər