Şriftin ölçüsü :

Saytın rəngi :

“İxtisas bələdçisi” adlı maarifləndirici tədbir keçirilib

04 avqust 2022 | 12:35

   Avqustun 5-də Balakən rayon Mədəniyyət Mərkəzində “İxtisas Bələdçisi” adlı maarifləndirici tədbir keçirilib. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə təşkil olunub.

   Tədbirdə 9-11-ci sinif şagirdləri, valideynlər və müəllimlər iştirak ediblər. Layihənin əsas məqsədi iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir.

   İştirakçılara karyera məsləhətçiləri tərəfindən, ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar verilib. Sürətlə dəyişən müasir əmək bazarında yer tutmaq üçün peşə və ixtisas seçiminin, xüsusilə artan tələbata uyğun seçim edilməsinin ən vacib şərt olduğu bildirilib. Ekspertlər tərəfindən hər bir ixtisas qrupu üzrə əmək bazarında aktual olan peşə və ixtisaslar barədə forum iştirakçılarına məlumat verilib, onların sualları cavablandırılıb.

Keçidlər