İyunun 16-da Meşəşambul kəndində səyyar qəbul keçirilib
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev iyunun 16-da Meşəşambul kəndinin Qazbölük yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Məhəmmədkamil Muradov kəndin “Gözəlovlar oba” adlanan ərazisində köhnə artezian quyusunun su nasosu ilə təmin edilməsinə, Zetay Dibirova “Quradayevlər oba” adlanan ərazidə 60 təsərrüfatda 430 nəfər sakinin içməli su tələbatının ödənilməsi üçün artezian quyusunun qazılmasına, Osbanov Hacı Meşəşambul kəndinin elektrik təsərrüfatında yenidən qurma işlərin aparılmasına və qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, Qaffar Qaffarov “Yeddinci briqada” adlanan ərazidə 1600 metr məsafədə yolun qum –çınqıl döşənərək hamarlanmasına köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.