Katex kəndində növbəti səyyar qəbul keçirilib
24 avqust 2023 | 11:58
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev avqustun 24-də Katex kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb. Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti nəticəsində BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023-cü il tarixli iclasının Ermənistanın ümidlərinin puça çıxması ilə nəticələndiyini bildirib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.