Şriftin ölçüsü :

Saytın rəngi :

“Kitablar aləminə səyahət” adlı tədbir keçirilib

16 oktyabr 2026 | 12:00
Bu gün Balakən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və rayon Mədənyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 16 Oktyabr - Mütaliə Bayramı və Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar “Kitablar aləminə səyahət” adlı tədbir keçirilib. Balakən Rayon Mərkəzi Kitabxanasının qarşısındakı meydanda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, yazarlar, ictimaiyyət nümayəndələri, ziyalılar, kitabsevərlər və mədəniyyət işçilərinin iştirak ediblər. Qonaqlar əvvəlcə kitablardan ibarət sərgi və müxtəlif məzmunlu guşələrlə tanış olublar.
Tədbirdə Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respubikasının Dövlət Himni səsləndirilib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək kitaba və mütaliəyə olan marağın artırılmasının olduqca vacib olduğunu və bu cür tədbirlərin təşkilinin önəmini vurğulayıb. Bilik mənbəyi olan kitabın əhəmiyyətindən, onun insan şüuruna, cəmiyyətin tərəqqisinə müsbət təsirindən bəhs edib.
Digər çıxış edənlər ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışıb, informasiya texnologiyalarının sürətli inkişafına baxmayaraq kitabların hələ də həyatımızda və mədəni tələbatımızın daha dolğun şəkildə ödənilməsində ən dəyərli məlumat mənbəyi olduğunu diqqətə çatdırıblar.
Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə, kitaba, mütaliəyə, Vətənə dair şeirlər söylənilib, müxtəlif kompozisiya və səhnəciklər təqdim olunub.
Keçidlər