Şriftin ölçüsü :

Saytın rəngi :

“Külə dönmüş arzular” tamaşası təqdim olunub

24 may 2023 | 17:23
  Mayın 24-də Balakən rayon M.Müşfiq adına Gərəkli kənd tam orta məktəbinin akt zalında  narkomaniyanın fəsadlarından bəhs edən “Külə dönmüş arzular” tamaşası nümayiş olunub. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən rayon komissiyasının təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzi tərəfindən təqdim olunan tamaşada məktəblilər, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirak edib.
  Tamaşadan əvvəl Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən rayon komissiyasının sədri, RİHB-nın birinci müavini Turan Dibirov çıxış edərək əsrin bəlasına çevrilmiş narkomaniyanın fəsadlarından, bu qorxulu bəlaya qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Qeyd olunub ki, sağlam həyat tərzinin təbliği, gənclərin sağlam ruhda tərbiyə olunması, onların narkomaniya və sair bu kimi zərərli vərdişlərdən uzaqlaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, sağlamlıq və yaradıcılıq fəaliyyətinin genişləndirilməsi hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Bu işdə maarifləndirmə tədbirlərinin rolu böyükdür.
  Daha sonra iştirakçılara Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən rayon komissiyası tərəfindən hazırlanmış bukletlər paylanılıb.
  Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.
Keçidlər