Şriftin ölçüsü :

Saytın rəngi :

Mahamalar kənd sakinlərinin müraciətləri dinlənilib

06 dekabr 2024 | 12:11

Dekabrın 5-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Mahamalar kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) haqqında məlumat verib. Ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurları qeyd edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Rəsul Cumayev kəndin Solban yaşayış məntəqəsindəki mövcud köhnə suvarma kanalının təmizlənməsinə, Zubeyir Zralov yaşayış məntəqəsindəki qəzalı elektrik dayaqlarının dəyişdirilməsinə, Nurullah Ceerçiyev isə kəndin Şəhid Fərhad Yusubov küçəsinin asfaltlaşdırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər