Şriftin ölçüsü :

Saytın rəngi :

Meşəşambul kəndində növbəti səyyar görüş keçirilib

04 oktyabr 2022 | 12:30

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev oktyabrın 4-də  Meşəşambul kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və şəhər sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən rayon rəhbəri iki il bundan öncə - 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin düşmən tapdağından azad olunduğunu bildirib. İki ildir ki, üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalanır. Cəbrayıl şəhərinin azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir və xüsusi əhəmiyyət daşıyır.

İslam Rzayev vurğulayıb ki, dövlətçilik tariximizdə silinməz iz qoymuş hadisələrdən biri ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildiyi günüdür. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olub. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər xalqımızın öz müstəqilliyini əbədi və dönməz edib. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən qoruyub. Azərbaycanı ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb. Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.

Həmçinin rayon rəhbəri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən sosialyönümlü islahatlar, iqtisadi sahədə əldə olunan uğurlar barədə məlumat verib.

Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Kənd  sakinləri Qaffar Qaffarov Qazbölük yaşayış məntəqəsində 1100 metr məsafədə yolun asfaltlaşdırılmasına, İlham Anqbazov kəndin əsas yolundakı yüksək gərginlikli elektrik xəttini daşıyan 5 ədəd dirəyin yenisi ilə əvəz olunmasına, Hüseynzadə Həcər Meşəşambul kənd tam orta məktəbin binasının tikilməsinə,  Şəfiqə Köhnəyeva maddi yardım verilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.

Daha sonra Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Vətən müharibəsi şəhidi Qurdayev Ömər Şəhmir oğlunun məzarını ziyarət edib, valideynləri ilə görüşüb.

Keçidlər