Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib

15 iyun 2023 | 13:21

  İyunun 15-də Balakəndə  "Heydər Əliyev İli" çərçivəsində Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” adlı tədbir keçirilib. Balakən Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbirdə şəhid valideynləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

  Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzərək xatirəsini ehtiramla yad ediblər. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz üçün gördüyü işlərdən, misilsiz xidmətlərdən bəhs edən videoçarx nümayiş olunub.

  Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, Heydər Əliyev Azərbaycanın ağır vəziyyətdə olduğu vaxt xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdıb. Ulu Öndər qısa müddət ərzində Azərbaycanı vətəndaş həmrəyliyinin, əmin-amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şəraitin yaradıldığı bir ölkəyə, xarici sərmayəçilər üçün isə əlverişli imkanlar açan, hərtərəfli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirdi. Ulu Öndər böyük siyasi ustalıq, dərin zəka, dövlətçilik təcrübəsi ilə bütün maneələri aradan qaldıraraq ölkəni dövlət böhranından xilas edib.

  Digər çıxışlarda vurğulanıb ki, son dərəcə mürəkkəb və qarışıq bir şəraitdə Azərbaycan dövlətçiliyinin xilaskarı kimi yenidən rəhbərliyə qayıdan Heydər Əliyev güclü əzmi və iradəsi ilə ölkəmizi düşdüyü ağır vəziyyətdən qurtarıb, qısa müddət ərzində beynəlxalq birliyin tamhüquqlu üzvlərindən birinə çevirib. Bir əsrdə ikinci dəfə milli dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan xalqı yalnız Heydər Əliyev dühasına, sarsılmaz iradəsinə, əzminə, zəngin dövlətçilik təcrübəsinə və siyasi fəhminə arxalanaraq, öz dövlətini qoruyub, qurub və möhkəmləndirib.

  Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.

 

Keçidlər