Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniyann fəsadlarını və onunla mübarizə yollarını əks etdirən “Külə dönmüş arzular” tamaşası təqdim olunub

23 fevral 2024 | 15:36
  Fevralın 23-də Balakən Rayon Mədəniyyət Mərkəzində narkomaniyanın fəsadlarından bəhs edən “Külə dönmüş arzular” tamaşası nümayiş olunub. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən rayon komissiyasının təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzi tərəfindən təqdim olunan tamaşada məktəblilər, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirak edib.
  Tamaşadan əvvəl Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən rayon komissiyasının sədri, RİHB-nın birinci müavini Turan Dibirov və komissiyanın üzvü RPŞ-nın rəis müavini Elxan Zamanov çıxış edərək əsrin bəlasına çevrilmiş narkomaniyanın fəsadlarından, bu qorxulu bəlaya qarşı aparılan mübarizə tədbirlərindən danışıblar. Qeyd olunub ki, sağlam həyat tərzinin təbliği, gənclərin sağlam ruhda tərbiyə olunması, onların narkomaniya və sair bu kimi zərərli vərdişlərdən uzaqlaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, sağlamlıq və yaradıcılıq fəaliyyətinin genişləndirilməsi hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Bu işdə maarifləndirmə tədbirlərinin rolu böyükdür.
  Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.
Keçidlər