Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş Acılıqbinə yaşayış məntəqəsində keçirilib

13 oktyabr 2022 | 17:22

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev oktyabrın 13-də  Qullar kəndinin Acılıqbinə yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və şəhər sakinləri iştirak ediblər.

Kənd sakinlərini salamlayan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək oktyabr ayının 6-da Praqada Prezident cənab İlham Əliyev,  Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşlərin nəticələrindən danışıb, Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan müsibətlərdən bəhs edib.  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən sosialyönümlü islahatlar, rayonda son dövrlərdə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Eyni zamanda rayon rəhbəri Vətən müharibəsinin 13-cü günü, oktyabrın 9-da Hadrut qəsəbəsini düşmən işğalından azad edildiyini,  bununla da  Azərbaycan Ordusunun Şuşaya yolunun açıldığını vurğulayıb. Hadrutun azad edilməsinin Azərbaycan Ordusunun döyüş ruhunu, qələbə əzmini yüksəltdiyini, xalqın şanlı Zəfərə inamını daha da artırdığını diqqətə çatdırıb. 

Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Kənd  sakinləri Minayə Göylərova Acılıqbinə yaşayış məntəqəsində internet çəkilməsinə, Namiq Saramanov “Qarasu” suvarma kanalının təmizlənilməsinə, Sevda Səməddinova nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol nişanlarının quraşdırılmasına və digər məsələlərinin həllinə  köməklik göstərilməsini xahiş ediblər.

Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb

Keçidlər