Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş Gərəkli kəndində keçirilib.

12 avqust 2022 | 17:29

   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 11 avqust 2022-ci il tarixdə Gərəkli kənd Mazımçay yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

   Səyyar görüşdə çıxış edən İslam Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi və siyasi sahədə əldə etdiyi nailiyyətlərdən və bu istiqamətlərdə həyata keçirilən işlərdən bəhs edib.

   Sonra Mazımçay kənd sakinlərinin müraciətləri dinlənilib. Kənd sakinləri yaşayış məntəqəsinin girəcəyində hərbi hissənin hərbiçiləri tərəfindən sakinlərin maşınların yük yerinin tez-tez yoxlanılması barədə, Mazımçay kənd tam orta məktəbinin köhnə binasının sökülməsinə və sakinlərə tibbi xidmətin göstərilməsinə köməklik olunmasını xahiş ediblər.

   Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.

 

Keçidlər