Növbəti səyyar görüş Katex kəndində keçirilib
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev avqustun 25-də Katex kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Kənd sakinlərini salamlayan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılmış tarixi Qələbədən bəhs edib, ölkəmizin sosial-iqtisadi inkişafını əks etdirən göstəricilərə nəzər salıb, rayonda görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Kənd sakinləri Əzizət Şoranova, Mehman Vociyev və Ramil Hotolov çıxış edərək Godobqara ərazisində yağış sularının axıdılması üçün işlərin görülməsinə, Katex çayında payız-yaz yağıntı mövsümü ilə əlaqədar sahil-bərkitmə işlərinin aparılmasına, həmçinin kənd daxili yolun asfaltlaşdırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.