Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş Kortala kəndində keçirilib

03 noyabr 2022 | 10:30

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev noyabrın 3-də  Kortala kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və sakinlər iştirak ediblər.

Kənd sakinlərini salamlayan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə ölkədə aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən sosialyönümlü islahatlar, rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib

Eyni zamanda rayon rəhbəri Prezident İlham Əliyevin 31 oktyabr 2022-ci ildə tarixdə Rusiyanın Soçi şəhərinə işgüzar səfəri və 01 noyabr tarixdə Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etməsi barədə məlumat verərək Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixli Bəyanatının əhəmiyyəti və iki ildir ki, ölkəmizin müstəqil iqtisadiyyatının gücü hesabına “Böyük qayıdış” prosesinə start verməsini diqqətə çatdırdı.

Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Sevil Hetavasova və Roman Xəmmədov  müvafiq olaraq Balakən çayının 200 nəfər əhalinin yaşadığı Beçaqar yaşayış məntəqəsi ərazisindən keçən hissəsində 500 metr məsafədə val vurulması və məcrasının təmizlənməsinə, Katex çayının Kortala kəndi ərazisindən keçən hissəsində suyun 4 nəfərin pay torpaqlarını yumaması üçün 200 metr məsafədə val vurulması və məcrasının təmizlənməsinə, Təmraz Əliyev Kortala kənd tam orta məktəbinin qarşısında kəndin mərkəzində 4 yolayrıcında yol hərəkətini tənzimləyən xəbərdarlıq nişanlarının qoyulmasına köməklik göstərilməsini xahiş ediblər.

Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.

Keçidlər