Növbəti səyyar görüş Mahamalar kəndində keçirilib
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 04 avqust 2022-ci il tarixdə Mahamalar kənd Salban yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Səyyar görüşdə çıxış edən İslam Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi və siyasi sahədə əldə etdiyi nailiyyətlərdən və bu istiqamətlərdə həyata keçirilən işlərdən bəhs edib.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Kənd sakinləri Salban kəndində suvarma sisteminin bərpa olunmasına, internet və rabitə xəttinin çəkilməsinə, vətəndaşların uzun illər istifadələrində olan torpaq sahələrinin sənədləşdirilməsinə və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.