Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş Şambul kəndində keçirilib

28 iyul 2022 | 11:18

   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 28 iyul 2022-ci il tarixdə Şambul  kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

   Səyyar görüşdə çıxış edən İslam Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi və siyasi sahədə əldə etdiyi nailiyyətlərdən və bu istiqamətlərdə həyata keçirilən işlərdən bəhs edib

   Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Kənd sakinləri köhnəlmiş elektrik xətlərinin və dirəklərinin  yenilənməsinə, “Herov oba” adlanan ərazidə artezian quyusu qazılmasına və telefon xətlərinin çəkilməsinə  köməklik göstərilməsini xahiş ediblər.

   Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.

Keçidlər