Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş Sarıbulaq kəndində keçirilib

30 iyun 2022 | 18:24

   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 30 iyun 2022-ci il tarixdə Sarıbulaq kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

  Səyyar görüşdə çıxış edən İslam Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi və siyasi sahədə əldə etdiyi nailiyyətlərdən və bu istiamətlərdə həyata keçirilən işlərdən bəhs edib. İcra başçısı Prezident cənab İlham Əliyevin Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunan təntənəli tədbirdə və Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxış etdiyini bildirib, dövlət başçısının səsləndirdiyi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb.

   Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Kənd sakinləri köhnəlmiş elektrik xətlərinin və dirəklərinin  yenilənməsinə, kənddaxili yola asfalt vurulmasına, Sarıbulaq kənd tam orta məktəbinin binasının əsaslı təmir olunmasına köməklik göstərilməsini xahiş ediblər.

   Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

Keçidlər