Növbəti səyyar görüş Xalatala kəndində keçirilib
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev oktyabrın 27-də Xalatala kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və şəhər sakinləri iştirak ediblər.
Kənd sakinlərini salamlayan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə ölkədə aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən sosialyönümlü islahatlar, rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib
Eyni zamanda rayon rəhbəri Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğaldan azad etdiyini vurğulayıb. Qubadlının azad edilməsinin Azərbaycan Ordusunun döyüş ruhunu, qələbə əzmini yüksəltdiyini, xalqın şanlı Zəfərə inamını daha da artırdığını diqqətə çatdırıb.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Abdulla Murtuzov 200 nəfər sakini olan Ramazanovlar obası ərazisində Mazımçay ətrafında 100 m məsafədə məcra təmizləmə işlərinin aparılmasına, Əli Qacaraov elektrik verilişi xətlərinin və dirəklərinin yenilənməsinə, Xəlil Süleymanov Süleymanovlar obası ərazisində 250 nəfərin istifadə etdiyi 1 km məsafədə kəndarası yola qum-çınqıl daşınaraq qreyderlə hamarlanmasına, Elmar Mamedov internet xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.