Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş Yeni Şərif kəndində keçirilib.

21 iyul 2022 | 15:39

   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 21 iyul 2022-ci il tarixdə Yeni Şərif kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

   Səyyar görüşdə çıxış edən İslam Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi və siyasi sahədə əldə etdiyi nailiyyətlərdən və bu istiamətlərdə həyata keçirilən işlərdən bəhs edib.

   İcra başçısı iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə səsləndirdiyi fikirləri görüş iştirakçılarının diqqətinə çatdıraraq ölkəmizin iqtisadi inkişafı barədə, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən dövlət qayğısından, Böyük Qayıdışa Zəngilan rayonunun Ağalı kənd sakinlərinin doğma kəndlərinə köçürülməsi ilə başlanıldığından, əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün görülən işlər haqqında məlumat vermişdir.

   Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Kənd sakinləri köhnəlmiş elektrik xətlərinin və dirəklərinin yenilənməsinə, kənddaxili yola asfalt vurulmasına, Yeni Şərif kənd sakini, Vətən müharibəsi iştirakçısının ixtisasına uyğun işlə təmin olunmasına köməklik göstərilməsini xahiş ediblər.

   Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

Keçidlər