Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüşTülü kəndində keçirilib

16 iyun 2022 | 17:25

    Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 16 iyun 2022-ci il tarixdə Tülü kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

   Səyyar görüşdə çıxış edən İslam Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi və siyasi sahədə əldə etdiyi nailiyyətlərdən və bu istiamətlərdə həyata keçirilən işlərdən bəhs edib.

    Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Kənd sakinləri içməli su tələbatının ödənilməsi məqsədilə artezian quyusunun qazılmasına, kənddaxili yolun təmir olunmasına, Tülü kənd 1 saylı tam orta məktəbin binasının əsaslı təmir olunmasına köməklik göstərilməsini xahiş ediblər.

    İcra başçısı sosial məsələlərlə bağlı vətəndaşlar tərəfindən qaldırılan müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Keçidlər