Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul fevralın 1-də Qazma kəndində keçirilib

02 fevral 2024 | 11:41
  Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev fevralın 1-də Qazma kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ötən 2023-cü il ərzində ölkəmizin həyatında baş vermiş önəmli hadisələrdən danışıb, qarşıda duran vəzifələr barədə məlumat verib.
  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Vaqif Əliyev Qazma kənd 1 saylı  tam orta məktəbin əsaslı təmir edilməsinə, həmçinin kəndin Şambulbinə yaşayış məntəqəsi ərazisində 200 metr uzunluğunda asfalt yolda çala təmiri işlərinin aparılmasına, Qurban Sərkərov kəndin ərazisindəki 3 km uzunluğundakı magistral asfalt yolun təmir edilməsinə, Abdulla Məmmədov isə kəndin Şambulbinə yaşayış məntəqəsində yüksək gərginlikli elektrik xətlərinin əhalinin fındıq bağlarından keçən hissəsinin yol kənarına köçürülməsinə köməklik göstərilməsini xahiş ediblər.
  Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
 
Keçidlər