Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Hənifə kəndində keçirilib

27 aprel 2023 | 17:48

  Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev aprelin 26-da Hənifə kəndinin Məlikzadə yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlərdən, son dövrlər ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən  bəhs edib.

  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Qıztaman İbrahimova yaşayış məntəqəsinə telefon xəttinin çəkilməsinə, Nəcibə Hətəmova özünüməşğulluq proqramı çərçivəsində mal-qara ilə təmin olunmasının sürətləndirilməsinə, Məhəmməd Gülpəriyev mövcud arteziandan su xəttinin çəkilməsinə, Məhəmməd Mustafayev elektrik xətlərinin təmir olunmasına köməklik göstərilməsini xahiş ediblər.

  Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər