Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Mahamalar kəndində keçirilib

09 fevral 2023 | 17:30

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev fevralın 9-da Mahamalar kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan, ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan danışıb.  Balakən rayonunda görülmüş işlərdən söz açıb, qarşıda duran vəzifələr barədə məlumat verib.

Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Həmzət Xəlilov kəndarası yolların asfaltlaşdırılmasına, Nəsrullah Yekəyev yararsız su xətlərinin dəyişdirilməsinə, Mina Caniyeva kəndin Sülaxı adlanan ərazisində elektrik xətlərinin və dirəklərinin yenilənməsinə köməklik göstərilməsini xahiş ediblər.

Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər