Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Qabaqçöl qəsəbəsində keçirilib

27 may 2023 | 10:54

  Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev mayın 25-də Qabaqçöl qəsəbəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və qəsəbə sakinləri iştirak ediblər.

  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək Prezident cənab İlham Əliyevin cari ilin 22 may tarixində Litvaya rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatdan və Azərbaycan-Litva biznes forumunda çıxışından bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb, ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

  Sonra qəsəbə sakinlərinin müraciətlərinə baxılıb. Məhəmməd Xutrayev qəsəbə qəbiristanlığının təmizlənməsinə, Mustafa Uruxov 20 Yanvar küçəsinin təmir olunmasına, Nurmahama Şatrayev Qabaqçöl qəsəbə körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsinə köməklik göstərilməsini xahiş ediblər.

  Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər