Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Qaysa kəndində keçirilib

27 yanvar 2023 | 18:19

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev yanvarın 26-da Qaysa kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan, ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan danışıb, Balakən rayonunda görülmüş işlərdən söz açıb, qarşıda duran vəzifələr barədə məlumat verib.

Səyyar qəbulda Qaysa kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin və bələdiyyənin 2022-ci ildə gördüyü işlərə dair hesabatı dinlənilib.

Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Ramazan Umudov “Qaratala” oba adlanan ərazidə  yağış sularının  kanala axıdılması üçün  su keçidinin qoyulmasına, Ayşə Herayeva kəndə əlavə marşrut xəttinin açılmasına, Məhəmməd Nixaçov “Başrabqırma oba” adlanan ərazisində işıq dirəklərinin təmir olunmasına, Namiq Cirinqov isə Meşə Təsərrüfatı İdarəsinin istifadəsində olan torpaq sahələrinin sərhədlərinin müəyyən olunmasına köməklik göstərilməsini xahiş ediblər.

Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər