Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Qazma kəndində keçirilib

15 sentyabr 2023 | 09:16
  Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev sentyabrın 14-də Qazma kəndinin Şambulbinə yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Təzəgül Məhərrəmova Şambulbinə kənd tam orta məktəbinin binasının yenidən tikilməsinə, Abdulla Məhəmmədov yaşayış məntəqəsindəki yüksək gərginlikli elektrik xəttlərinin əhalinin fındıq bağlarından keçən hissəsinin yol kənarına dəyişdirilməsinə, Həsrət Qəhrəmanov tibb məntəqəsinin  əsaslı  təmirinə,  Mollaməhəmməd Şakirov isə tam orta məktəbin yaxınlığındakı  küçənin elektrik xətlərinin kabelləşdirilməsinə köməklik göstərilməsini xahiş ediblər.
  Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər