Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Qullar kəndində keçirilib

08 sentyabr 2023 | 15:42
  Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev sentyabrın 7-də Qullar kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb. Prezident İlham Əliyevin 26 avqust tarixində Laçın şəhərində “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışından önəmli mesajları görüş içtirakçılarına çatdırıb, qarşıda duran vəzifələrdən bəhs edib.
  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Üzeyir Qardaşov “Nastakallar” qəbiristanlığının ərazisindən keçən çayın təmizlənməsinə, Veysəl Musayev “Yeni yaşayış massivi” adlanan ərazidə elektrik dayaqlarının yerləşdirilməsinə, Nemət Süleymanov Qullar kənd 2 saylı tam orta məktəbin qarşısında yağış yağarkən su yığılmasının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinə, Şəfiqə Məmətiyeva isə yaşadığı əraziyə gələn marşrut avtobusunun saat 17:00-dan sonra da fəaliyyət göstərməsinin təmin edilməsinə köməklik göstərilməsini xahiş ediblər.
  Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər